📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycanın güc orqanları İran şəbəkəsinə qarşı ən sərt cəza mexanizminə keçməlidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-09-29 12:10:00

"İran etnik zəmində prosesləri qızışdıra bilmədiyindən, məzhəb faktoruna keçərək, İsrail, sionist kimi sözlərdən istifadə edərək, ölkəmizə qarşı müəyyən şəbəkəni qızışdırırır"

"İran ölkəmizdəki müəyyən şəbəkəsini hərəkətə gətirib. Belə ki, sosial şəbəkədə dini məzhəbsəl adı altında Azərbaycan dövlətçiliyinə qarşı çağırışlara rast gəlirik". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun sözlərinə görə, İran etnik zəmində prosesləri qızışdıra bilmədiyindən, məzhəb faktoruna keçərək, İsrail, sionist kimi sözlərdən istifadə edərək, ölkəmizə qarşı müəyyən şəbəkəni qızışdırırır: "Rəsmi Bakı bir neçə il bundan əvvəl Nardaranda mərkəzləşmiş İran şəbəkəsini çökdürdü. İndi bu şəbəkənin üzvləri yenidən aktiv fəaliyyətə keçib. Azərbaycanın güc orqanları İran şəbəkəsinə qarşı ən sərt cəza mexanizminə keçməlidir. İrandakı səfərimiz məsləhətləşmələr üçün geri çağırılmalıdır. Həmçinin, İran səfirliyinin dini işçilərini məscidlərə buraxmamaq və onların ölkəmizdən çıxarılmasını tələb etmək lazımdır. İrana qarşı adekvat cavab verilməlidir. Dövlət başçısı cənab İlham Əliyevin İranla bağlı qeydləri göstərir ki, rəsmi Tehran Azərbaycana qarşı düşmənçiliyini davam etirir. İran Azərbaycana qarşı hərbi təlimlər, daxildə məzhəbsəl faktordan istifadə edərək güc nümayiş etdirir".

Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, İran Zəngilanda İtaliya-İsrail birgə kənd təsərrüfatı layihəsinə və Zəngəzur dəhlizinə qarşı çıxır və hərbi təlimləri, cənub sərhədlərimizə ordu yığması buna əsaslanır: "İran-Azərbaycan əlaqələrinin pisləşməsi Tehrandan qaynaqlanır və İran regionda dəyişən geosiyasi nizamı qəbul etmək istəmir. Lakin İrana da bu dəyişiklikləri qəbul etdirəcəyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az