Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsi farsdilli mətbuatda bu dəhlizin İranın Ermənistla sərhədinin kəsilməsinə səbəb olub-olmayacağı ilə bağlı çoxlu fərziyyələr otrtaya atıb. Bu məsələnin aspektlərini və iki ölkə arasında münasibətlərin inkişaf prosesini araşdırmaq üçün İranın “Ava Diplomatic” saytı Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadədən müsahibə alıb.
"Azərbaycanın Naxçıvanla əlaqə üçün Zəngəzur dəhlizini inşa etməsi İran İslam Respublikasının Ermənistan ilə əlaqəsinin kəsilməsinə səbəb olacaq?" sualına səfir Əli Əlizadənin cavabı belə olub:
"Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün açılan bir dəhlizdir, əlaqəni kəsməyə və ya hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib. Əksinə, Zəngəzur dəhlizi regionun bütün ölkələri arasında kommunikasiya və əməkdaşlığı genişləndirəcək bir layihədir.
"Azərbaycanın İranın Ermənistanla sərhədə çıxışını kəsmək cəhdi ilə bağlı İranın daxilində böyük narahatlıqlar var. Azərbaycan hökuməti bununla bağlı İran tərəfinə hər hansı zəmanət verib?" sualına isə cavab, "Bu şayiələr əsassızdır və Azərbaycanla İran arasında münasibətlərin inkişafını və möhkəmlənməsini istəməyən bəzi qüvvələr tərəfindən yayılır. Azərbaycan habelə İran ərazisindən keçməklə Naxçıvanla əlaqə qurur və onun bu əlaqəsi İranın Ermənistan qarşısındakı sərhəd rayonları vasitəsilə həyata keçirilir. Və beləliklə deyə bilərlər ki, həmin marşrut vasitəsilə də Ermənistanla İran arasında əlaqə kəsilib. Azərbaycan daim beynəlxalq hüquqla tanınan istənilən ölkənin ərazi bütövlüyünü dəstəkləyir və bu, Azərbaycanın mövqeyidir. Bu mövqe ölkəmizin prezidenti tərəfindən dəfələrlə bəyan olunub.
30 il ərzində Azərbaycanın ərazi bütövlüyü pozulub və indi biz öz ərazi bütövlüyümüzü bərpa etdikdən sonra Azərbaycan öz mövqeyini dəyişməyib və beynəlxalq hüquqa, sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşır. Təəssüflər olsun ki, biz Ermənistan tərəfdən bunun əksinin şahidi oluruq və hər zaman Ermənistanın təxribatçı addımları ilə üzləşirik" cümlələri ilə ifadə olunub.
Ülviyyə, Hurriyyet.az