📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın ixrac etdiyi neftin 70 %-ini İtaliya alıb

2026-02-17 19:37:27

Azərbaycanın ixrac etdiyi neftin 70 %-ini İtaliya alıb

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 1 milyon 847 min 915,54 ton xam neft ixrac edib. 

"AzPolitika"nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 861 milyon 652,23 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 9,5 % çox, dəyəri isə 7,6 % azdır.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 69,91 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycandəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.