📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın məşhur Xalq artisti əməliyyat olundu - FOTO

2023-10-10 22:14:30

Azərbaycanın məşhur Xalq artisti əməliyyat olundu - FOTO

Xalq artisti, “M Teatr”ın bədii rəhbəri Vidadi Həsənov əməliyyat olunub.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Bakupost.az-a Xalq artisti özü məlumat verib:

“Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində “at nalı qopması” diaqnozu qoyuldu. Dünən əməliyyat etdirdim”.

V.Həsənov bildirib ki, özünü yaxşı hiss edir:

“Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır”.