📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın mövqeyini “Qarabağ”ın baş məşqçisi Qurbanov ifadə edib

2022-02-26 13:23:00

Azərbaycanın mövqeyini “Qarabağ”ın baş məşqçisi Qurbanov ifadə edib

Xalqımız Ukrayna-Rusiya savaşında haqqın yanındadır

Rusiya silahlı qüvvələrinin 24 fevral 2022-ci ildə gecə yarısı  Ukraynaya soxulması bütün dünyada hiddətlə qarşılanıb. Bütün dünya bu silahlı soxulmanı - saldırını qınayır, di gəl, bu qınaq elə qınaqdan o yana hələ keçmir.  “Kiş-kiş” deməklə isə donuzun darıdan çıxmayacağını dədələrimiz təcrübədən keçiriblər.

Çoxları Azərbaycanın mövqeyinin açıq ifadə  olunmadığını  düşünür. Amma xalqın mövqeyi ortadadır,  onu elə həmin saldırı  günü – “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov haqsız qeydə alınan qoldan -qələbədən imtina etməklə  ifadə etdi : AZƏRBAYCAN XALQI HƏR ÇAĞ HAQQIN YANINDADIR!

Haqq kimin yanındadırsa, xalqımız da onun yanındadır. Ukraynada , Kiyevdə isə haqq öz meydanında işğalçı güclə üz-üzədir. Haqq Kiyevin, güc Moskvanın yanındadır. Uca Tanrı da güclünün yox , haqlının yanında olar. İnşallah, güclü olan yox, haqlı olan qazanar.  Qoy ədalət,  haqq qazansın!

Məğrur BƏDƏLSOY