📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəldi

2024-07-25 20:58:35

Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəldi

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

B qrupunda yer alan millimiz qrupun son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.\\Report