📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın Olimpiadanın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi - FOTO

2021-08-07 22:10:00

Azərbaycanın Olimpiadanın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi - FOTO

Azərbaycanın Tokio Olimpiadasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib.

Bu, Olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyevdir.

Sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq bağlanış mərasimində Azərbaycan bir bayraqdarla təmsil olunacaq.

Qeyd edək ki, iyulun 23-də keçirilmiş açılış mərasimində Azərbaycan bayrağını iki idmançımız birgə daşımışdı. Bunlar cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Lakin hər iki idmançımız medal qazana bilməyib.\\Oxu.Az