📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının qalibi olub

2024-07-04 22:16:35

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının qalibi olub

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının qızıl medalını qazanıb.

 59 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçilərimizdən Elvina Kərimzadə (50 kq) və Nərgiz Səmədova (55 kq) isə yarışı mükafatsız başa vurub.