📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın qaytardığı mayoru həbs etdilər - Batalyon komandirinin müavini imiş

2021-12-28 15:34:00

Azərbaycanın qaytardığı mayoru həbs etdilər - Batalyon komandirinin müavini imiş

Azərbaycanın dekabrın 4-də erməni tərəfinə qaytardığı 10 hərbçidən biri məhkəmənin qərarı ilə həbs edilib.

AzPolitika.info ermnəni mətbuatına istinadla xəbər verir ki, noyabrın 16-da Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatlar zamanı silahlı qüvvələrimiz tərəfindən ələ keçirilən mayor Narek Yeremyan “hərbi qulluq qaydalarını pozmaqda” ittiham olunur. 

Xəbərdə deyilir ki, ilkin məhkəmə instansiyası batalyon komandirinin müavini olan Yeremyanın həbsinə dair prokurorluğun vəsatətini rədd etsə də, apellyasiya məhkəməsi erməni hərbçinin iki aylıq müddətə həbsinə dair qərar verib. Sözügedən müddət ərzində onunla bağlı istintaq tədbirləri həyata keçiriləcək.

Xatırladaq ki, noyabrın 16-da sərhəddə baş verən qarşıdurmalardan sonra Baş nazir Nikol Paşinyan və parlament sədri Alen Simonyan hərbçiləri təslimçilikdə günahlandırmışdılar və baş nazir bu işin araşdırılmasına dair göstəriş vermişdi.

Həbs olunan mayorun vəkili isə məhkəmə qərarına etirazını bildirib və deyib ki, Yeremyan onsuz da günahını boynuna alıb və istintaqı həbs qətimkan tədbiri seçilmədən də aparmaq olardı: “Müstəntiqlər həbssiz də işləyə bilərdilər. Bu insanları təkrar stressə məruz qoymağa dəyməzdi”.

AzPolitika.info