Azərbaycanın qazı Rumıniyanın qarantıdır-Rumıniyanın prezidenti Klaus Yohannis
Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə Rumıniyanın “Romgaz” şirkəti Azərbaycandan bu ölkəyə qaz nəqli ilə bağlı müqavilə imzalayıbş Müqavilənin həcmi 2023-2024-cü illər ərzində bir milyard kubmetrə qədər olacaq. Bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin Tvitter səhifəsində açıqlama verilib.
Rumıniyanın prezidenti Klaus Yohannis çıxışında bu fikirləri dilə gətirib: “2022-ci ildə biz energetik problemlərlə üzləşdik: qaz çatışmazlığı və əlçatan qaz təchizatının yoxluğu, qiymətlərin oynaması, bazarda çaxnaşma. Cənub qaz dəhlizi ilə tədarük olunan Azərbaycan qazı bölgənin bir çox ölkələri üçün zəmanət oldu”. Azərbaycanın qaz bazarında rolunun artmasını, beynəlxalq arenada uğurlarını həzm edə bilməyən və bizi “gözləri götürməyən” dövlətlərin “siyasi ekspertləri” və fəalları tərəfindən ölkəmizə qarşı yorulmaq bilmədən tirajladıqları “Azərbaycanın qazı azdır” təbliğatına prezident İlham Əliyevin, “Azərbaycanın təbii qazı özünə və partnorlarına ən azı yüz il bəs edəcək” bəyanatı lap yerinə düşdü. Lap bir məsəldə deyildiyi kimi-“Paxıllıq etmə nə olar, çalış sənin də olar!”
Ülviyyə, Hurriyyet.az