Azərbaycanın qədim paytaxt şəhərində təqaüdçülər aksiya keçirdilər
2022-06-06 20:42:00
Bahalaşma – 100%, təqüdlərlə maaşların artımı – 10%
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün bütün İranda etiraz aksiyaları keçirilir. Aksiyalarda bütün ölkə miqyasında minlərlə təqaüdçü iştirak edir. İranın “Fars” agentliyinin yazdığına görə, onlar qiymətlərin bahaşaması və təqaüdlərin azlığından şikayətçidirlər.
Təbriz şəhərində keçirilən dinc etiraz nümayişinə min nəfərə qədər təqaüdçü toplaşıb. İranın Qəzvin, Şiraz və Şüştər şəhərlərində də anaoloji mitinqlər keçirilib. Təqaüdçülər “xərclərimiz dollarla, gəlirlərimiz rialladır”, “inflyasiya 100%, artım (təqaüdlərin və maaşların) – 10%”.
Hürr Tərcüman