📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın səfirliklərində xidmət müddəti müəyyənləşib - YENİ QAYDA

2026-04-03 19:14:54

Azərbaycanın səfirliklərində xidmət müddəti müəyyənləşib - YENİ QAYDA

Azərbaycanın səfirliklərində fasiləsiz xidmət (səfir və müavinlər istisna - red.) müddəti müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"də əksini tapıb.

Sənədə əsasən, sözügedən müddət üç il müəyyən olunur.

Qeyd edilir ki, bu müddət xarici işlər naziri tərəfindən onların razılığı ilə bir ilədək uzadıla bilər və ya onlar "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan hallarda xidmət müddətinin başa çatmasından əvvəl geri çağırıla bilərlər.