Azərbaycanın səfirliyinin qonaqpərvərliyi İranda ÇAŞQINLIQ YARATDI
Azərbaycanın İrandakı səfirliyində bu gün keçirilən bir görüş qonşu ölkədə əməlli başlı çaxnaşma yaradıb.
Səfirliyimizə Böyük Britaniyanın İrandakı səfiri təşrif buyurub.
Azərbaycan səfirliyi də xalqımızın adət-ənənələrinə uyğun olaraq fəxri qonağını böyük ehtiramla qarşılayıb. Görüşün şəkilləri Azərbaycan səfirliyinin Twitter səhifəsində yayılan kimi, İranın media qurumlarının hücumları başlayıb. SEPAH-ın rəsmi Telegram səhifəsi belə, hadisədən bəhs edən xəbər paylaşıb.

Maraqlıdır ki, görüşü əks etdirən şəkillərdə Böyük Britaniyanın bayrağı görünmür. Bu da səfirliyimizin görüşə əvvəlcədən hazırlaşmadığına, bir növ sürpriz ziyarətlə qarşılaşdığına dəlalət edir. Başqa sözlə, belə anlaşılır ki, görüş Böyük Britaniya səfirliyinin ani təşəbbüsü ilə baş tutub. \\Ovqat.com