📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycanın şərtlərini qəbul etməyən ermənilər ölkəyə buraxılmamalıdır!" - NAZİM CƏFƏRSOY

2023-08-15 16:07:00

"Ermənistandan buraxılış məntəqəsini keçərək ölkəyə qayıdan və ya ölkədən çıxan bütün Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı təklif edilməlidir"

"Azərbaycan Qarabağ ermənilərinin hüquqi inteqrasiyası üçün tədbirlər planı çərçivəsində ilk addımlardan biri kimi aşağıdakını etməlidir: Səyyar ASAN xidmət məntəqələrindən birini aparıb Laçın sərhəd buraxılış məntəqəsinin yanına qoymaq lazımdır". Hurriyyet.az bildirir ki, bu fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoya məxsusdur.

Politoloqun fikrincə, Ermənistandan buraxılış məntəqəsini keçərək ölkəyə qayıdan və ya ölkədən çıxan bütün Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı təklif edilməlidir: "Qanuni şərtlərə uyğun olan və qəbul edənlərə vətəndaşlıq verilməlidir. Qəbul etməyənlərə isə Azərbaycan miqrasiya qanunvericiliyinə uyğun olaraq şərtli olaraq 3 aylıq müvəqqəti oturma izni verilməlidir. Bu 3 aylıq müvəqqəti oturma icazəsinin ən çox 3 dəfə veriləcəyi elan edilməlidir".

Nazim Cəfərsoy əlavə edib ki, bundan sonra vətəndaşlıq istəməyən yerli ermənilərə miqrasiya kartı verilməyəcəyi və qanunsuz ölkədə olanların dövlətin gücləri tərəfindən beynəlxalq və yerli miqrasiya qanunvericiliyinə uyğun olaraq ölkədən çıxarılacağı bildirilməlidir: "Bu şərtlər o ermənilərlə beynəlxalq qanunvericiliyə də uyğun sənədlərlə rəsmiləşdirilməlidir. Şərtləri rəsmi olaraq qəbul etməyən ermənilər ölkəyə buraxılmamalıdır! Vətəndaşlığı qəbul edənlərin kimliyi isə təhlükəsizlik səbəbiylə gizli saxlanılmalıdır və müəyyən müddətdən sonra Azərbaycan öz vətəndaşlarını cinayətkar dəstənin əlindən xilas etmək məqsədilə humanitar əməliyyat keçirməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az