📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb

2026-03-07 10:01:26

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb

Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.