📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın ümumi dövlət borcu açıqlanıb - Adambaşına 2533 manat borcumuz var

2026-02-04 14:27:27

Azərbaycanın ümumi dövlət borcu açıqlanıb - Adambaşına 2533 manat borcumuz var

2025-ci il üzrə dövlət borcu və dövlət zəmanətli borca dair illik Statistik Bülletenə əsasən, bu ilin əvvəlinə Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat təşkil edib. Sözügedən borc məbləği 2025-ci il üzrə 129 milyard manat həcmində faktiki ÜDM-in 20,1 faizinə bərabərdir.

Rəsmi məlumatlara görə, dövlət borcunun:

- 8 milyard 183 milyon manatı (4 milyard 813,5 milyon dollar) və ya 31,5 faizi xarici dövlət borcunun;

17 milyard 804,5 milyon manatı və ya 68,5 faizi isə daxili dövlət borcunun payına düşür.

Açıqlanan son demoqrafik göstəricilərə əsasən, Azərbaycan əhalisinin sayı 10 milyon 259,7 min nəfərdir. Ümumi dövlət borcu bu əhali sayına bölündükdə, hər bir Azərbaycan vətəndaşına düşən dövlət borcu təxminən 2 533 manat təşkil edir.