Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
2026-10-29 17:16:02
Azərbaycanın strateji valyuta ehtiyatları 4.3 milyard ABŞ dolları artaraq 89.4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.
Hurriyyet.net Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, mövcud ehtiyatlar 40 ay ərzində ölkənin mal və xidmət idxalının maliyyələşdirilməsi üçün yetərlidir:
"Beynəlxalq təcrübəyə əsasən, bu göstəricinin norması 3 ay təşkil etməlidir. Azərbaycanda isə bu rəqəm 40 aya bərabərdir ki, bu da olduqca böyük maliyyə yastığıdır".