📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat etdi - FOTO

2021-11-23 12:03:00

Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat etdi - FOTO

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

O, 62 yaşında Türkiyədə, müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum bu gün Yevlax rayonunun Aran qəsəbəsində dəfn ediləcək.

Allah rəhmət eləsin!