📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın Xalq artistindən ÜZÜCÜ XƏBƏR - Bu gün AÇIQLANDI

2022-01-07 20:38:00

Azərbaycanın Xalq artistindən ÜZÜCÜ XƏBƏR - Bu gün AÇIQLANDI

Kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə Xalq artisti özü məlumat verib.

O, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini bildirib.

"Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyir. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar", - Xalq artisti vurğulayıb.

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub. O, hazırda ev şəraitində müalicə alır. \\APA