Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi oldu - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.
55 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.
63 kq-da çıxış edən Ziya Babaşov bürünc medal uğrunda görüşdə yaponiyalı Ryuto İkedanı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən, məğlub olan Azərbaycan təmsilçisi 5-ci yerlə kifayətlənib.
130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə 3-cü yer uğrunda görüşdə iranlı Əliəkbər Yusufiəhmədçali ilə bacarmayıb. \\Redaktor
***
Azərbaycanın iki yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.
72 kiloqramda çıxış edən Qurban Qurbanov yarımfinalda ukraynalı İrfan Mirzoyevi 7:1 hesabı ilə məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli də İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.
İdmançı qırğızıstanlı Nurmuhammet Abdullayevlə qarşılaşıb.
Rəqibinə 3:1 hesabı ilə qalib gələn Məmmədli adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi türkiyəli Kerem Kamal olacaq. \\Redaktor
***
Azərbaycanın daha iki yunan-Roma güləşçisi bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli təsnifat mərhələsində Oljas Sultanla (Qazaxıstan) üz-üzə gələcək.
72 kq çəkidə Qurban Qurbanov eyni raundda Yanis Nifrinin (Fransa) müqavimətini qırmağa çalışacaq.
Bu gün həmçinin 55 kq-da yarışan Nihad Quluzadə final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq.
63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək. \\Redaktor