📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZƏRBAYCANIN YÜRÜTDÜYÜ BALANS SİYASƏTİ ÖZÜNÜ DOĞRULDUR...

2024-08-23 13:08:19

AZƏRBAYCANIN YÜRÜTDÜYÜ BALANS SİYASƏTİ ÖZÜNÜ DOĞRULDUR...

Rusiya Federasiyası prezidenti  Vladimir  Putinin  18-19  avqust  2024 - cü  il  tarixində  Azərbaycana  etdiyi  dövlət səfəri xüsusi əhəmiyyət  daşıyırdı.

Ayrı-ayrı  regionlarda  davam  edən  münaqişələr , müharibələr , qəfil  baş verən  hadisələr ;  dünyamızı  gərgin  vəziyyətdə  saxlayır.

 ll  Dünya  müharibəsindən  sonra  "Böyük  Güclər "  arasında    ayrı - ayrı REGİONLARA - ÖLKƏLƏRƏ   nəzarət  uğrunda   savaş  geniş  vüsət  alıb.

Diplomatik  müstəvidə  davam  edən  mövqe  DARTIŞMASI , zaman - zaman  hərbi  toqquşmalarla  müşahidə  olunur .

Belə  gərgin  məqamda  dünyanın  SUPER  GÜCLƏRİNDƏN  BİRİ OLAN  RUSİYA  ilə dövlətlərarası münasibətlərin  yüksək səviyyəsiyədə  saxlanması müharibələrdən  yorulmuş  Azərbaycan  cəmiyyətinin  və  dövlətinin  xeyrinədir .

Tarixdən bilirik ki,  hər  bir  dövlətin - xalqın  inkişaf  və  tənəzül  dövrü  olur.

Son  200  il  müddətində  ilk  dəfədir  ki,  NƏHƏNG  RUSİYA Azərbaycandan  siyasi  dəstək  istəməyə  məcbur  olub.

Hesab  edirik  ki, bu, özlüyündə  Azərbaycan  xalqının  və  dövlətinin  əlinə  düşmüş  tarixi  şansdır.

İndiki  gərgin  mərhələdə ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi   çox  vacibdir.

2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının   həyata keçirilməsi  bizim  ziyanımıza  deyil .

Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır.

QƏRB - RUSİYA  qarşıdurması  fonunda  Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik  şəraitinin  qorunması  bir çox hallarda Rusiya ilə Azərbaycan arasında qarşılıqlı  münasibətlərin  vəziyyətindən  də   asılıdır.

Dövlət  başçısı İlham  Əliyevin  yürütdüyü  balans siyasəti  sayəsində  hazırda Azərbaycan - Rusiya  münasibətləri  yaxşıdır .

Regional nəqliyyat  marşurutları :

"Orta  Dəhliz " və  “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi dövlətlərarası münasibətlərimiz üçün  müstəsna əhəmiyyətə malikdir .

 Məlumata  görə,  Rusiya  Fedarasiyasında  iki  milyondan  çox  azərbaycanlı  yaşayır. Rusiya və Azərbaycanın müxtəlif  şəhərləri arasında hər gün çox  saylı  təyyarə  reysi  həyata  keçirilir. İki  qonşu  ölkə  vətəndaşları  arasında qarşılıqlı səyahətlərin,  təmasların  olması  da  insanların  həyatına  müsbət  təsir  edir .

Hal-hazırda  Müstəqil  Azərbaycan  ilə  Rusuya  arasında   müxtəlif  sahələrdə,  xüsusən   neft-qaz sektoru, energetuka  və  kənd  təsərrüfatı  sahəsində  qarşılıqlı  ticarət  işləri  aparılır.

Gözlənilməz  -- mümkün ekoloji fəlakətlərin   qarşısını almaq üçün  birgə tədbirlər   həyata  keçirilir .

Dünya  ölkələri  ilə   müqayisədə   TÜKƏNMƏZ  TƏBİİ  SƏRVƏTLƏRƏ   malik  Rusiya Federasiyası ilə qarşılıqlı əməkdaşlığın davam  etdirilməsi Azərbaycanın iqtisadi tərəqqisinə  və beynəlxalq təhlükəsizliyinə xidmət  edir.

Bütün  bu  müsbət  hallarla  yanaşı,  dünyada  gərginlik  səngimir. Son  günlər  QƏRB  Ukraynaya F16-lar   və  daha  güclü  ciddi  öldürücü  silahlar  verir.

Amerikadakı  prezident   seçkiləri  bitənə qədər  Ukrayna tərəfi  üstünlüklər əldə  edə  bilər.

Hadisələrin  gedişi  göstərir  ki, 3 ilə  yaxın  davam  edən  müharibə  səbəbindən  Rusiya  Ukraynada  bataqlığa  düşüb  və  bu  bataqlıqda   çabaladıqca daha  çox  batır.

Rus   əsgərləri  savaşmaq  istəmir.

Müharibədə  ruh düşkünlüyü  çox  ciddi məsələdir.

Biz  yaxşı  bilirik  ki, ll  Qarabağ müharibəsində QƏLƏBƏMİZİN əsasında   Azərbaycan  əskərinin  RUHUNUN  yüksək  olması dayanırdı.

Hazırda  davam  edən  Rusiya -  Ukrayna  müharibəsində    mövqe  üstünlüyü  tez - tez  dəyişir.

Hiss  olunur  ki,  Rusiyanın  ən  güclü dönəmi geridə qalıb. Bu  səbəbdən  KREML   zor məqamlarında  rəqiblərini  nüvə  silahı  ilə  hədələyir.

Lakin  Moskva  buna  əl atsa Rusiya Federasyiyasının  özü  dağılacaq .

Hesab  edirik ki,  Rəsmi  Bakının  yürütdüyü  balanslı  siyasət  özünü  doğruldur.

Azərbaycan  bu  həssas  mərhələdə  maksimum   ehtiyatlı olmalı və balans siyasətini  davam etdirilməlidir.

Qəvami  SADIQBƏYLİ