📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycanla bağlı səhvlərimiz olub” - Pezeşkian

2024-10-15 15:45:31

“Azərbaycanla bağlı səhvlərimiz olub” - Pezeşkian

"Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri həll edirik və dərk edirik. Hesab edirəm ki, burada bizim də səhvlərimiz olub."

Hurriyyet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin köməkçisi Şahin Mustafayevlə Tehranda görüşündə deyib.

O qeyd edib ki, İran Azərbaycanla yaxın münasibətlər qurmalıdır:

"Azərbaycana qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın ol. Biz Azərbaycanla daha böyük işlər görməliyik./Manset.az /