Azərbaycanla bərabər olmağa davam edəcəyik - Türkiyə MN
2022-10-18 13:21:00
“Bir millət iki dövlət” prinsipi ilə Azərbaycanla bir və bərabər olmağa davam edəcəyik.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Tvitterdə paylaşım edib.
Nazirlik Azərbaycan dövləti və xalqını təbrik edib:
“Özümüz bir...Sözümüz bir… Gücümüz bir… Qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, Azərbaycan xalqına səmimi salamlarımızı çatdırırıq”.