📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanla bu ölkə arasında aviareyslər bərpa edilir

2023-03-18 11:10:00

Azərbaycanla bu ölkə arasında aviareyslər bərpa edilir

AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.

Hurriyyet.az xəbər verir ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.

Küveyt yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir.

Aviabiletləri www.azal.az saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.