Azərbaycanla əlaqələr dərinləşir - Bagiri
2023-07-20 00:12:00
Azərbaycanla əlaqələrimiz inkişaf edir.
Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Bagiri deyib.
“Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükür, iki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir”, - Bagiri bildirib.
Qeyd edək ki, ötən gün Məhəmməd Bagiri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycanla sərhəd məntəqəsində olub. \\Axar.Az