"Azərbaycanla Ermənistan arasında konfedensial danışıqlar gedir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Düşünürəm ki, Ermənistanda konstitusiya referendumundan sonra Azərbaycanla sülh müqaviləsini özündə ehtiva edən sənədin imzalanması gözlənilir"
"Azərbaycanla Ermənistan arasında konfedensial danışıqlar gedir. Ermənistan tərəfindən danışıqları bu ölkənin təhlükəsizlik katibi Armen Qriqoryan aparır. Ermənistan tərəfi prinsipial olaraq Azərbaycanın təkliflərini qəbul edib. Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar aparılır və növbəti aylarda Tiflisdə liderlərin üçtərəfli görüşünün keçirilməsi istisna deyil". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq hesab edir ki, Nikol Paşinyan danışıqlarda ABŞ-ın vasitəçiliyini qəbul edərək, Tiflis görüşünə hazırdır: "Məhz Ermənistandan ötən gün açıqlamada Tiflis görüşünə müsbət baxdıqları vurğulandı. Kreml isə növbəti dəfə danışıqları pozmaq üçün xarici işlər nazirlərinin Rusiyada görüşünü təşkil etməyə çalışır. İrəvan belə bir görüşdə maraqlı deyil. Düşünürəm ki, Ermənistanda konstitusiya referendumundan sonra Azərbaycanla sülh müqaviləsini özündə ehtiva edən sənədin imzalanması gözlənilir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az