📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanla Ermənistan kəşfiyyatlarının başçıları Putinlə görüşəcəklər

2021-10-12 17:52:00

Azərbaycanla Ermənistan kəşfiyyatlarının başçıları Putinlə görüşəcəklər

Hurriyyet.az Kremlin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sabah videokonfrans rejimində Azərbaycan, Ermənistan və digər MDB ölkələrinin xüsusi xidmətlər orqanlarının başçıları ilə görüş keçirəcək.

TASS informasiya agentliyinin verdiyi xəbərə görə, görüş iştirakçıları təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbər orqanlarının XVII iclasında iştirak eləmək üçün Moskvaya gələcəklər.

Tədbirdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, həmçinin, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan nümayəndələr iştirak edəcəklər.

Hürr Tərcüman