📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanla Ermənistan sülh müqaviləsini nə vaxt bağlayacaq? - Paşinyan sevinir ki...

2026-03-05 14:57:26

Azərbaycanla Ermənistan sülh müqaviləsini nə vaxt bağlayacaq? - Paşinyan sevinir ki...

Azərbaycanla sülh müqaviləsinin nə vaxt imzalanacağı bəlli deyil.

Hurriyyet.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 5 martda hökumət brifinqində bildirib.

Baş nazir bildirib ki, "görünür, iqtisadi gündəm siyasi gündəmi kölgədə qoyur və bu, əlbəttə ki, yaxşıdır. Axı siyasi gündəm iqtisadi gündəmə xidmət etməlidir".

O, ümid etdiyini bildirib ki, tezliklə mallar təkcə Azərbaycandan Ermənistana deyil, həm də əksinə idxal olunmağa başlayacaq.