Azərbaycanla Ermənistanın sərhəd komissiyasının üzvləri Moskvada görüşəcəklər
2022-08-23 16:44:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən verilən məlumata görə, Azərbaycan ilə Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın üzvləri avqust ayında Moskvada görüşə bilərlər. Bu barədə məlumatı “Sputnik Ermənistan” agentliyi yayıb.
Xatırladaq ki, komissiyanın işi çərçivəsində ilk dəfə mayın 24-də sərhəddə Azərbaycan ilə Ermənistanın baş nazirlərinin müavinlərinin – Şahin Mustafayev ilə Mqer Qriqoryanın görüşü keçirilib.
Hürr Tərcüman