📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanla İƏT arasında saziş TƏSDİQLƏNDİ

2026-05-05 17:36:00

Azərbaycanla İƏT arasında saziş TƏSDİQLƏNDİ

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2025-ci il dekabrın 2-də Bakı şəhərində imzalanıb.