📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanla ilk görüşdə bu işlər görüldü – Sanosyan

2022-06-01 16:15:00

Azərbaycanla ilk görüşdə bu işlər görüldü – Sanosyan

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyalar çərçivəsində ilk iclas yaxşı və konstruktiv şəraitdə keçib.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərə açıqlamasında deyib.

“Görüş konstruktiv keçdi, peşəkar, normal müzakirə oldu. İlk iclasda kifayət qədər mühüm məsələlər qaldırıldı, iş gündəliyi müəyyən edildi”, - Sanosyan bildirib.

Qeyd edək ki, mayın 24-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların birgə işi formatında ilk görüş baş tutub.