📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanla İran arasında İmişli-Parsabad dəmir yolunun tikintisi müzakirə olunur

2022-04-05 13:45:00

Azərbaycanla İran arasında İmişli-Parsabad dəmir yolunun tikintisi müzakirə olunur

Azərbaycan və İran İmişli-Parsabad dəmir yolu xəttinin tikintisi imkanlarını öyrənəcəklər. "Bu məsələ bu ilin martında Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti iclası çərçivəsində müzakirə edilib.

Görüşün yekunu üzrə tərəflər İmişli (Azərbaycan)-Parsabad (İran) dəmir yolu xəttinin tikintisi imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər”, deyə hökumətdən “İnterfaks” agentliyinə məlumat verilib.
Bundan əlavə, görüşdə tərəflər Naxçıvan-Məşhəd-Naxçıvan sərnişin qatarının fəaliyyətinin bərpası məsələsi ilə bağlı müvafiq strukturlar səviyyəsində müzakirələrin aparılması barədə razılığa gəliblər.

Ülviyyə, Hurriyyet.az