📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edildi

2022-02-18 15:49:00

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qafqazinfo xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilib.

Qafqazinfo.az