“Azərbaycanla sülh prosesini bərpa etmək əzmindəyik” - Nikol Paşinyan
2021-09-09 15:51:00
Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstan və İranla əlaqələrin inkişaf etdirilməsinə önəm verdiyini bildirib.
Hurriyyet.az Bizim.Media-ya istinadən xəbər verir ki, Paşinyan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyasının əhəmiyyətindən də danışıb:
"ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh prosesini bərpa etmək əzmindəyik. Sülh, sabitlik və əməkdaşlıq asan əldə olunmur. Bu arzu olunan məqsədlərdirin həyata keçirilməsi ağlabatan, düşünülmüş, praqmatik səylər tələb edir və Ermənistan Respublikası belə səylər göstərməyə hazırdır".