“Azərbaycanla təhdid və terror dili işləməyəcək“ - Prezidentdən İrana xəbərdarlıq
2023-05-03 14:42:00
“İndi bizim İranla münasibətlərimiz heç vaxt olmadığı qədər aşağı səviyyədədir. Və bundan sonra necə olacağını proqnozlaşdırmaq çətindir: münasibətlər bu səviyyədə qalacaq, yoxsa daha da aşağı düşəcək".
Hurriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
"Bu bizim seçimimiz deyil. Amma bütün İran elitası artıq anlamalıdır: Azərbaycanla təhdid və terror dili işləməyəcək. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, - deyə dövlət başçısı vurğulayıb.