📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı aktyor 2022-ci ilin ən arzuolunan bəyləri arasında - FOTOLAR

2022-02-23 22:39:00

Azərbaycanlı aktyor 2022-ci ilin ən arzuolunan bəyləri arasında - FOTOLAR

Böyük Britaniya jurnalı "Tatler"in Rusiya versiyası rəsmi saytında 2022-ci ilin ən arzuolunan bəy və gəlinlərin reytinqini təqdim edib.

Onlardan biri 27 yaşlı azərbaycanlı aktyor Anar Xəlilovdur.

"Eyni anda "Maneskin"in solistinə və Timoti Şalameyə bənzəyən "Eterna" serialının ulduzu cəlbediciliyi haqda çox yaxşı bilir. O onun arzusunda olanlardan imtina edir, deyir ki, ona münasibətlər yox, böyük ulduz olmaq lazımdır. Və bir də Anarın yerinə "ЦИАН"da (daşınmaz əmlak satışı saytı-red.) ona ev axtaracaq və banka gedəcək menecer lazımdır", - "Tatler" Anar Xəlilov haqda yazıb.

Qeyd edək ki, A. Xəlilov "Mənimlə rəqs et", "İçərişəhər", "Başqa mən", "Gənclik səhvləri", "Yuroçka" və s. filmlərdə rol alıb. 

 

 

Qafqazinfo