📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi

2022-05-24 09:54:00

Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi

Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

Hurriyyet.az-ın məlumatına görə, hadisə şəhərin Fatih rayonu ərazisində baş verib.

Belə ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Əldə etdiyimiz məlumata görə, təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları Dadaşzadənin vəfat xəbərini təsdiqləyiblər.