📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı aparıcı Ukraynada həlak oldu - FOTO

2022-07-18 14:16:00

Azərbaycanlı aparıcı Ukraynada həlak oldu - FOTO

Rusiya ilə müharibədə əslən Azərbaycandan olan Ukrayna vətəndaşı, teleaparıcı Kərim Qulamov şəhid olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıb.

Bildirilib ki, K.Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb.

O, Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.

Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan Qulamov Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, iyulun 26-da K.Qulamovun 35 yaşı tamam olacaqdı.