Azərbaycanlı bloqer barəsindəki qiyabi həbs qərarı qanuni sayıldı
2025-05-27 19:57:27
Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib.
Onun apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, o, 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. \\Redaktor.az