📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı cütlük İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı

2022-08-16 19:25:00

Azərbaycanlı cütlük İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında stend atıcılıq yarışlarında qızıl medal qazanıblar.

Fuad Qurbanov və Nurlana Cəfərova finalda Küveyt yığmasını 6:3 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. \\Azmedia.Az