📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı deputatın türk televiziyasındakı çıxışı gündəm oldu: Ərdoğan üçün 10 milyon hazırdır... - VİDEO

2022-04-08 16:44:00

Azərbaycanlı deputatın türk televiziyasındakı çıxışı gündəm oldu: Ərdoğan üçün 10 milyon hazırdır... - VİDEO

Azərbaycanlı deputatlar Anar İsgəndərov və Elman Nəsirov "TMB TV"də Serkan Aksarının təqdimatında yayımlanan “Sondan əvvəl” proqramına onlayn qoşulublar.

"Unikal" xəbər verir ki, proqramda azərbaycanlı millət vəkilləri ilə türkiyəli deputat Hikmət Ömeroğlu, AK Partiya İstanbul İl İntizam Komitəsinin sədr müavini Əhməd Aydın da yer alıb.

Belə ki, proqramda çıxış edən azərbaycanlı millət vəkili Anar İsgəndərov prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar verib. O, Ərdoğanın Azərbaycanın qəhrəmanı olduğunu bildirərək:

"Türkiyə Prezident seçkilərində Azərbaycana gəlib səs ver desə, 10 milyon səs Ərdoğan üçün hazır olacaq", - deyə ifadə edib

Deputat mövzu ilə bağlı sözlərini belə davam etdirib:

"30 ildən sonra Qarabağı aldıq. Qarabağın işğaldan azad edilməsi Əliyevin və Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğanın sayəsində oldu. Əliyev kimi Ərdoğan da bizim qəhrəmanımızdır".