📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı futbolçu İrəvandadır

2023-07-12 14:55:00

Azərbaycanlı futbolçu İrəvandadır

Azərbaycan yığmasının üzvü Vüsal İsgəndərli çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu ilə birlikdə Ermənistanın paytaxtı İrəvana yollanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə forvard özü instaqram hesabında paylaşım edib.

Onun komandası Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Ararat”la üz-üzə gələcək. Qarşılaşma sabah oynanılacaq.