📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı güləşçiyə ağır cəza

2026-11-24 18:14:01

Azərbaycanlı güləşçiyə ağır cəza

Azərbaycan sərbəst güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

O, antidopinq qaydasını pozduğu üçün diskvalifikasiya olunub.

İdmançıdan götürülmüş nümunədə “19 norandrosterone” preparatı aşkarlanıb.

Qeyd edək ki, Saiq Mustafazadə yaşlılar arasında Avropa ikincisi, 23 yaşlılar arasında Avropa üçüncüsü olub.