📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı hakim “Bayern”in oyununa təyinat aldı

2023-11-22 22:58:32

Azərbaycanlı hakim “Bayern”in oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

O, Almaniyada "Bayern" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.

Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.

Qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq. \\Fanat.Az