📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı hakim dünya çempionatında

2026-09-21 12:51:51

Azərbaycanlı hakim dünya çempionatında

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Bu barədə Hurriyyet.media Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib.

Dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.