"Azərbaycanlı hərbçilər Gorusdən Qafana gedən dövlətlərarası yolu bağlayıb" - ERMƏNİ HÜQUQ MÜDAFİƏÇİSİ
2021-08-26 12:18:00
“3 saatdan artıq 50 azərbaycanlı hərbçilər David-Bek kəndi yaxınlığındakı Gorusdən Qafana gedən dövlətlərarası yolu bağlayıb, açmaqdan imtina edirlər.
Hürriyyət.az xəbər verir ki, bunu Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan deyib. O qeyd edib ki, Rusiya sərhədçiləri yolun açılması ilə bağlı danışıqlar aparıblar:
"Bu hərəkətlər cinayətdir və insanların, uşaqların, qadınların və qocaların da daxil olduğu bütün mülki əhalinin sərbəst hərəkətini məhdudlaşdırır. Bilirəm ki, Rusiya sərhədçiləri yolun açılması ilə bağlı danışıqlar aparıblar və onların səyləri ilə mülki maşınlar çıxarılıb. Təsdiqlənmiş məlumatlara görə, danışıqlar səhər saatlarında davam edəcək”.
YƏHYA