📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı hərbçilər "Heydər Əliyev-2026" təlimində iştirak üçün Türkiyəyə gediblər

2026-04-02 22:10:44

Azərbaycanlı hərbçilər

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün Türkiyəyə səfər ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Həsrət körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.