📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində yaralandı

2024-04-30 10:52:11

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində yaralandı

Rusiyada tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist və ictimai siyasi xadim Maksim Şevçenko öz Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralıdır.

"Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edib. Elman Paşayevin təxliyəsində köməklik göstərilməsi üçün məsələyə aidiyyəti olan hər kəsdən xahişim var”, - deyə Şevçenko yazıb./axar.az/