📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı jurnalist Rusiyada nüfuzlu mükafata layiq görüldü - VİDEO

2022-01-22 19:42:00

Azərbaycanlı jurnalist Rusiyada nüfuzlu mükafata layiq görüldü - VİDEO

Rusiyada tanınmış azərbaycanlı jurnalist Səadət Qədirova media sahəsində nüfuzlu mükafata layiq görülüb.

TASS İnformasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, Rusiya Jurnalistlər İttifaqının üzvü, “Sumqayıt hadisələri barədə ilk mənbədən” kitabının müəllifi olan həmyerlimizə mükafat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunub. 

Həmyerlimiz sosial sahədə və jurnalistlik fəaliyyətinə görə "Arzular gerçəkləşir" layihəsi çərivəsində Rusiya Xarici İşlər Nazirliyinin "xarici siyasət avanqardı" nominasiyası üzrə fəxri fərmanına layiq görülüb.Mövzu ilə bağlı İTV-nin hazırladığı süjeti təqdim edirik: 

 

Novoye-Vremya.com