📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı məşhur iş adamı həbsxanada öldü

2023-01-14 00:03:00

Azərbaycanlı məşhur iş adamı həbsxanada öldü

Rusiya həbsxanasında azərbaycanlı məhkum ölüb.

Hurriyyet.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Tomsk həbsxanasında qeydə alınıb.

Orada saxlanılan, 58 yaşlı Çingiz Nurəddin oğlu Əsgərov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Ç.Əsgərov əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. Onun Bakıda və Rusiyada restoranları olub. 2008-ci ildə Rusiyada həbs edilən Ç.Əsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 15 ilini geridə qoyan Ç. Əsgərovun yaxında həbsdən çıxması gözlənilirdi.

Ç.Əsgərovun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Salyan rayonunda torpağa tapşırılacaq.